Rusiyalı məçhur "Formula 1" şərhçiləri evləndi

MAQAZİN
18:17 / 19.07.2023
607

"Formula 1" yarış seriyasının rusiyalı şərhçiləri Aleksey Popov və Nataliya Fabriçnova evlənib.

HİT.az xəbər verir ki, bu barədə Popov "VKontakte"dəki rəsmi qrupunda məlumat verib.

Toy mərasimi iyulun 14-də baş tutub.

Popov və Fabriçnova kanal yaranandan "Formula 1" yarışlarını "Match TV"də şərh edirlər. Bundan əvvəl cütlük 2012-ci ildən başlayaraq VGTRK holdinqinin kanallarında çalışıb.

Hazırda jurnalistlər dünyanın əsas yarış seriyalarını işıqlandırmaq üzərində işləməyə davam edirlər, lakin artıq audio və axın formatında.

Popov avtoyürüşlərlə yanaşı, reqbi matçlarını da şərh edir.

Samir

0