Supermodel Bella Hadid və art-direktor Mark Kalman iki illik münasibətdən sonra ayrılıb.
HİT.az xəbər verir ki, bu barədə ET məlumat yayıb.
Məlumata görə, 26 yaşlı Bella Hadid və 35 yaşlı Mark Kalman yazda ayrılıblar: “Onlar bir-birlərinə çox aşiq idilər, amma sonda münasibətləri tükəndi və ayrılmaq qərarına gəldilər. Bella çox gözəl insandır, lakin şöhrətin təzyiqi ilə mübarizə aparmaq onun üçün çətindir”.
ET qeyd edir ki, cütlüyün ayrılması modelin əziyyət çəkdiyi Lyme xəstəliyinə tutulduğu vaxta təsadüf edib. Eyni zamanda podium ulduzu sağlamlığının qayğısına qalmaq üçün karyerasına fasilə vermək qərarına gəlib: “Bella Lyme müalicəsi üçün məzuniyyət götürüb. Onun Markla münasibəti yaxşı idi. O, həmişə özünə qayğı göstərən və bu barədə açıq danışan bir insan olub".
Bella Hadid və Mark Kalmanın münasibətləri 2021-ci ilin iyulunda məlum olub. Bir il sonra Kalman və Hadidin nişanlandığı, evlənməyi planlaşdırdıqları deyilirdi.
Samir