"Həbsə girməkdən qorxuram"

MAQAZİN
23:44 / 20.07.2023
732

Türkiyəli aktyor Burak Sergen məhkəmənin qarşısında müsahibə verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Işıl Sergenlə 18 illik evliliyini 2018-ci ildə sonlandıran aktyor Cansın adlı oğluna 70 min lirə aliment ödəməkdə çətinlik çəkdiyini deyib:

"1 evim, 3 maşınım, anamın və atamın evini hamısını satıb alimenti ödəmişəm. Hətta kredit belə götürüb, ödəniş etmişəm. Xəstə olduğum halda çəkilişlərə getmişəm ki, ödənişi edə bilim. İşıl protokolda yazılan qaydalara riayət etmir. Hakim etirazımı nəzərə almasa, 3 ay həbs yatacağam. Həbsə girməkdən qorxuram. Oğlum üçün onu da edərəm, amma uşağa nə deyəcək, atanı həbsə yolladım? Aliment 20 min lirəyə salınsa ödəyəcəyəm, qaçmıram ki...".

0