Xalq artisti Gülyanaq Məmmədova yay aylarında istirahət edəcəyi məkanı açıqlayıb.
Bu barədə Hit.az-a məlumat verən müğənni ata-baba yurdu Şəkiyə gedəcəyini bildirib:
“Bir vətəndaş olaraq dövlətimizə, xalqımıza xidmət etməkdən zövq alıram. Bütün ili işləyirəm, dəvət aldığım heç bir tədbirdən qalmıram. İl boyu bir-birinin ardınca səfərlər, konsert proqramlarında iştirak edirəm. Digər bir tərəfdən də dərslərimiz və tələbələrimiz var. Təbii ki, biz də insanıq, yoruluruq. Ona görə düşünürəm ki, 15 gün də olsa istirahət lazımdır”.
Sənətçi hesab edir ki, istirahət etməyən insan yeni mövsümdə yorğun olur, layihələrə istədiyi kimi başlaya bilmir:
“Yeni bəstələr, nəğmələr var, onların hər birini həyata keçirmək üçün ilk növbədə sağlıq lazımdır”.
Azra