Aktrisa izləyicisini məhkəməyə verdi

MAQAZİN
11:55 / 24.07.2023
711

Türkiyəli məşhur aktrisa Hazal Kaya son addımı ilə diqqət mərkəzinə düşüb.

HİT.az xəbər verir ki, o, izləyicisini polisə şikayət edib.

Belə ki, Hazal Kaya sosial şəbəkələrdə onu təhqir edən izləyicisini məhkəməyə verib. Sevilən aktrisa Beykoz 1-ci Ailə Məhkəməsinə müraciət edərək sosial şəbəkə hesablarında özünə və ailəsinə qarşı təhqir, təhdid və nifrət rəyləri yazdığı üçün Ö.T.-dən şikayət edib.

Məhkəmə isə həmin şəxslə bağlı uzaqlaşdırma qərarı verib. Sözügedən qərarın Hazal Kayanın ailə üzvlərinə də aid olması diqqət çəkib. Yəni cinayətkar aktrisanın ailə üzvlərinə də yaxınlaşa bilməyəcək.

Pərviz

0