Aparıcı Elgiz Əkbər tamada kimi toylara gedəcəyini deyib.
HİT.az xəbər verir ki, o, bu barədə "Elgizlə izlə" verilişində bildirib. Aparıcı sentyabrdan toylara getmək istədiyini deyib:
"Məni toyunda görmək istəyən 15 000 AZN qonorar ödəsin. Endirim olmaz. Sentyabrdan bu işə başlayacağam. Görüm, 15 min verən olacaq. Toya getmək eyib deyil. Sadəcə səs başıma düşür deyə getmirdim".