Samirə Rəşad Dağlı haqqında: “Sənəti də getdi, ömrü də..."

MAQAZİN
15:53 / 28.07.2023
782

“Sənəti də getdi, ömrü də. Övladları, ailəsi boynu bükük qaldı”.

Bunu HİT.az-a açıqlamasında meyxanaçı Samirə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilməsinə münasibət bildirərkən deyib. 

Samirə qanunun hamı üçün olduğunu bildirib:

“Rəşad Dağlıya yazıq, yaradıcılığına yazıq oldu, hamısı bir yana, körpələri qaldı atasız. Oğlu, qızı nə edəcək? Həbsdə olan o qədər oğlanlarımız var, amma Rəşad Dağlıdan yoxdur, birdənədir. Çox istərdik ki, onunla bağlı ziyalıların müraciəti nəzərə alınardı, cəzası bir az yüngülləşərdi”.

Samirə yaxın günlərdə Rəşad Dağlının görüşünə gedəcəyini vurğulayıb.

Qeyd edək ki, qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib. 

Azra

0