Ukraynalı müğənni ABŞ-a mühacirət edib?

MAQAZİN
21:23 / 01.08.2023
713

Ukraynalı müğənni Nataşa Koroleva ABŞ-a mühacirət etməsi barədə xəbəri təkzib edib.

HİT.az xəbər verir ki, müğənni bu barədə mk.ru saytına müsahibəsində danışıb.

Nataşa Koroleva bu yaxınlarda Amerikaya səfər etdiyini inkar etməyib. O, yaxın dostlarının tədbirində çıxış etdiyini bildirib. Mühacirətdən söhbət gedə bilməz:

"Mənim auditoriyam rusdillidir, dünyanın bütün ölkələrində yaşayırlar. Bəs mən olmasam, kim bütün bu insanları mahnıları ilə birləşdirə bilər? İndi bu çox vacibdir! Buna görə də gəzərək dünyaya işıq, yaxşılıq və pozitivlik gətirməyə çalışıram".

O qeyd edib ki, çoxlu sayda fanatı həmişə onun ailəsinin ətrafında fırlanır. Müğənni bəzi həmkarlarının xaricə getməsinə də münasibət bildirib. Aktrisa bildirib ki, heç kimi qınamağı özünə rəva bilmir.

Nataşa Koroleva 31 may 1973-cü ildə Kiyevdə anadan olub. O, ilk dəfə 1976-cı ildə Ukrayna Radio və Televiziyasının Böyük Uşaq Xorunun tərkibində səhnəyə çıxıb. Daha çox bəstəkar İqor Nikolaevlə əməkdaşlıq etdikdən sonra tanınıb. 1990-cı ildə onların “Sarı lalələr” əsəri “İlin mahnısı” festivalının finalına yüksəlib.

İyun ayında Nataşa Koroleva Kiyevdə ona qadağa qoyulduğunu açıqlamışdı. Ulduzun dediyinə görə, Rusiya ilə əlaqəsi olduğu üçün vətənində çıxışlarına qadağa qoyulub. Müğənni Kiyev üçün darıxdığını etiraf edib.

Samir

0