Aktyor Timoti Şalame 7 aylıq münasibətdən sonra Kayli Cennerdən ayrılıb.
HİT.az xəbər verir ki, bu barədə "Yahoo" məlumat yayıb.
İnsayderlərin sözlərinə görə, ayrılığın təşəbbüskarı 27 yaşlı Timoti Şalame olub: “O, insanlara həm məşğul, həm də səyahət etdikləri üçün münasibətlərinin təbii olaraq pozulduğunu deyir. Amma dostları deyir ki, Kayli tərk edilib".
O qeyd edib ki, Kayli Cennerin ətrafındakılar Timoti Şalamenin realiti-şou ulduzu ilə münasibətdən "Wonka" filminin reklamı üçün istifadə edib: "Dostları Kaylinin onun necə incidiyini bilirlər. O, hətta onu ailəsi ilə tanış edib".
Samir