Xalq artisti Nabranı cənnətlə müqayisə etdi

MAQAZİN
14:21 / 10.08.2023
746

“Mən Nabranın havasını dünyaya dəyişmərəm”.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa Nabranı cənnətlə müqayisə edib:

“Meşə ilə dənizin havası... Cənnətdir... Amma heyif ki, bir az baxımsızdır. Yollara, dəniz kənarına baxan yoxdur. Ayağımda problem olduğundan dənizə girmirəm”.

Naibə Allahverdiyeva yaxın günlərdə Türkiyəyə səfər etdiyini, amma orada dincələ bilmədiyini vurğulayıb:

“Antalyada, Mərmərədə nəfəs almaq mümkin deyil. Dəniz təmiz olsa da, soyuqdur”.

Azra

1