Supermodel İrina Şeyk Amerikan futbolçusu Tom Bredi ilə münasibətlərini xilas etmək üçün bəzi dostlarından imtina edib.
HİT.az xəbər verir ki, bu barədə “PageSix” məlumat yayıb.
Cütlüyə yaxın bir insayderin dediyinə görə, İrina Şeyk dostluq dairəsini ciddi şəkildə məhdudlaşdırıb: “İrina məlumat sızmasının qarşısını almaq üçün yaxın ətrafını daraldıb. O qorxur ki, bəzi qəribə söhbətlər münasibətlərinə ziyan vura bilər. O, həqiqətən hər şeyin yaxşı getməsini istəyir. Bredi tipik amerikalı yaxşı oğlandır".
37 yaşlı İrina Şeyk və 45 yaşlı Tom Bredinin münasibətləri barədə ilk şayiələr iyun ayında cütlüyün Sardiniya adasında milyarder Co Nahmad və model Medison Hedrikin toyunda tanış olduqdan sonra ortaya çıxıb. Bunun sübutu 24 iyulda "Daily Mail" tərəfindən yayımlanan bir video olub. Videoda Tom Kaliforniyada bir futbolçunun evinin yaxınlığında maşında oturarkən İrinanın üzünü sığallayır. Bir neçə gün sonra supermodel İrina Şeyk ilk dəfə futbolçu Tom Bredi ilə gecə görüşündən sonra jurnalistlər tərəfindən lentə alınıb.
6 yaşlı qızı olan İrina Şeyk Bredli Kuperdən 2019-cu ildə ayrılıb.
Samir