Nihat Doğan boşanır?

MAQAZİN
15:33 / 15.08.2023
677

Türkiyəli məşhur müğənni Nihat Doğan ilə həyat yoldaşı Arzu Doğan arasında gərginlik yaşanır.

HİT.az xəbər verir ki, iranlı xanım evi tərk edib.

Türkiyə mətbuatında yer alan xəbərlərə əsasən, Arzu Doğan 7 aylıq uşağını da götürərək evdən gedib. Onun məşhur müğənnini qısqandığı üçün bu addımı atdığı deyilir. 

Hətta Arzu Doğanın İrana ailəsinin yanına getdiyi iddia olunub. Üstəlik, getmədən öncə vəkilinə boşanmaq üçün məhkəməyə müraciət etməyi tapşırdığı da önə sürülüb.

Pərviz

0