Türkiyəli məşhur blogger Şeyma Subaşı yenə də diqqət mərkəzinə düşməyi bacarıb.
HİT.az xəbər verir ki, o, bu dəfə də işçi axtardığını açıqlayıb.
Şeyma bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, özünə köməkçi axtardığını aşağıdakı sözlərlə paylaşıb:
"Bəlkə də bunu buradan söyləmək çox doğru olmayacaq, amma paylaşmaq istədim. Sosial şəbəkə hesablarıma nəzarət edəcək birinə ehtiyacım var. Tələbim isə mənimlə eyni enerjiyə sahib olmasıdır".
Qeyd edək ki, onun bu paylaşımı olduqca maraqla qarşılanıb və xeyli namizəd ortaya çıxıb.
Pərviz