Cavanşir Məmmədov yenə Lalə Azərtaşı tənqid etdi

MAQAZİN
15:38 / 23.08.2023
726

Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Lalə Azərtaş arasındakı qalmaqal bitmək bilmir. 

Müğənni bu dəfə "Gəl danış" verilişində Azərtaşla bağlı tənqidi açıqlama verib. O, L.Azərtaşın onun keçmiş kürəkəni Mustafa İbilini verilişinə çıxarmasını tənqid edib:

"Lalə Azərtaş deyir ki, bu adam (keçmiş kürəkəni, iş adamı Kemal Mustafa İbilini nəzərdə tutur - red.) efirin bitməsinə 15 dəqiqə qalmış verilişə gəlib, biz heç bilmirik o nə danışacaq. Belə bir şey ümumiyyətlə televiziya və radio tarixində olmayıb. Məsələn, mən verilişdə filankəslə danışıram həmin an kimsə gəlib bizim danışığımıza müdaxilə edir. Sən (Lalə Azərtaş – red.) televiziya məkanını sirkə bənzədirsən. Deyir ki, verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm. “Xəzər” televiziyasının studiyasını sən sirkə, heyvanxanaya bənzədirsən? Deyir ki, mən hakiməm. Lalə xanım, hakim prezidentin sərəncamı ilə təqdim edilir. Sən nəyin hakimisən? Sən jurnalistikanı bitirmisən? Deyir ki, Kemal Mustafaya dələduz deməyin. Niyə o “peyğəmbər”dir ki? Dələduz bəs kimə deyilir?". 

Qeyd edək ki, Mustafa İbili "Təsir dairəsi" verilişinə gələrək, C.Məmmədovun onun pulunu mənimsədiyini iddia edib. C.Məmmədov isə Mustafanı məhkəməyə verərək, onun öulunu mənimsədiyini deyib. Mustafa məhkəmədə təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.//Axşam.az 

0