Türkiyəli məşhur aparıcı Seren Serengil son açıqlaması ilə gündəmi alt-üst edib.
HİT.az xəbər verir ki, o, son günlərdə Türkiyədə küçə itlərinin müzakirə olunmasına etiraz edib.
Gözəl aparıcı küçə itlərinin yığılmasını istəyənləri tənqid edib. Seren Serengil itdən qorxan insalara müalicə almağı tövsiyə edib:
"Heyvanlardan qorxan hər kəsə hörmət edirəm. Amma bu qorxan insanların müalicə alması daha doğru olar. Türkiyədəki hər insanın fərqli cür qorxusu var. İndi o qorxulara görə də qadağa tətbiq olunmalıdır? Onda Türkiyə qadağalar ölkəsi olar".
Qeyd edək ki, S.Serengilin 5 iti var.
Pərviz