Elmira Rəhimova uzun aradan sonra ilk dəfə - FOTOLAR

MAQAZİN
10:42 / 29.08.2023
698

Xalq artisti Elmira Rəhimova uzun aradan sonra ilk dəfə görüntülənib.

Axşam.az-ın məlumatına görə, bu barədə jurnalist Əli Novruzəliyev sosial media hesabında paylaşım edib.

Səhhəti ilə bağlı açıqlama verən E.Rəhimova hazırda müalicə aldığını bildirib:

"Hamı üçün darıxmışam. Səhhətim yaxşıdır, müalicə alıram. Özümü xəstəliklərdən qorumağa çalışıram. 

Efirləri izləyirəm. Müğənnilərin mənim mahnılarımı oxuduğunu görəndə sevinir, fərəhlənirəm".

Qeyd edək ki, avqustun 13-də Elmira Rəhimovanın 82 yaşı tamam olub.

0