Türkiyəli məşhur aktyor Ata Demirer xeyli arıqlayıb.
HİT.az xəbər verir ki, komediya ustadı 5 ayda 22 kilo verməyə nail olub.
Sevilən aktyor son halını sosial şəbəkə hesabında paylaşıb. Onun kifayət qədər arıqladığı diqqətlərdən yayınmayıb.
Ata Demirer arıqlama sirlərini də izləyəciləri ilə bölüşüb:
"Əgər əvvəlki kimi çörək yesəm, yenə kökələcəm. Səhərləri sadəcə bir dilim çörək yeyirəm. Bundan sonra bir ömür belə olacaq. Gündüz və axşam çörək yemirəm. Gün ərzində də 1 saat yeriyirəm. Həmçinin, plov və makaron kimi yeməkləri də həftədə bir dəfə yeyə bilirəm".
Pərviz