Britni Spirs ərini yalan danışmaqda ittiham etdi

MAQAZİN
23:57 / 05.09.2023
466

Müğənni Britni Spirs əri, məşqçi Sem Asgarini yalan danışmaqda ittiham edib. 

HİT.az xəbər verir ki, o, "Instagram" sosial şəbəkəsindəki səhifəsindəki yeni yazısında boşanmağa hazırlaşdığı əri ilə münasibətə işarə edib.

Spirs müğənni Kelisin “Məni bir dəfə aldada bilərsən, iki dəfə aldatmağa icazə vermərəm” sətirlərini özündə əks etdirən "Trick Me" mahnısı ilə rəqs etdiyi videonu yayımlayıb.

“Ombamdakı əllərim hər şeyi deyir. Sevdikləriniz tərəfindən nə qədər yalan eşitmisiz və ya manipulyasiya edilmisiz?" deyə müğənni abunəçilərindən soruşub.

Avqustun 16-da məlum olub ki, Britni Spirs toylarından bir il sonra Sem Asgari ilə boşanır. Məlumata görə, bundan bir həftə əvvəl Sem Asgari həyat yoldaşının xəyanət etməsi ilə bağlı şayiələr üzündən onunla mübahisə edib. Bundan sonra o, birgə yaşadıqları evdən köçüb və boşanmaq üçün məhkəməyə müraciət edib. Media Spirsin ərini məişət zorakılığına məruz qoyduğunu, xüsusən də yatmış Asgariyə hücum etdiyini yazır.

Samir

0