Əri Sofi Törneri boşayır - Gecə həyatına görə...

MAQAZİN
18:07 / 06.09.2023
587

Sofi Törnerin gecə həyatına olan həvəsi onun əri Co Conasdan boşanmasına səbəb olub. 

HİT.az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

Nəşrin yazdığına görə, Co Conas Sofi Törnerdən daimi əyləncələrə görə boşanmaq üçün ərizə verib.

“O əylənməyi, Co isə evdə qalmağı xoşlayır. Onların çox fərqli həyat tərzləri var", deyə nəşr cütlüyün yaxınlarına istinadən yazır.

Bir mənbəuin dediyinə görə, cütlük çoxlu fikir ayrılıqları yaşayır, lakin Co Conas Sofi Törner ilə evliliyini sona qədər xilas etməyə çalışıb:

“Fərqliliklər böyüməyə davam etdi və sonda Co münasibətləri xilas etmək üçün bütün imkanlarını tükəndiyini anladı. O, heç vaxt ailəsini məhv etmək istəməyib".

Mənbə əlavə edib ki, Co Conas artıq boşanmaq üçün ərizə verib. Proses üçün musiqiçi əvvəllər Tayqer Vudsun boşanması ilə məşğul olan Tom Sasser adlı vəkili tutub.

Sentyabrın 3-də məlum olub ki, “Game of Thrones” serialının ulduzu Sofi Törner əri, aktyor və musiqiçi Co Conasdan boşanır. Jurnalistlərin fikrincə, cütlüyün boşanmasına səbəb münasibətlərdəki ciddi problemlər olub.

27 yaşlı Sofi Törner və 34 yaşlı Co Conas 2019-cu ilin iyununda Las-Veqasda gizli evləndilər və 2020-ci ilin iyulunda sənətçilər ilk dəfə valideyn olub. Cütlüyün iki qızı var.

Samir

0