Meqan Markl nişan üzüyünü təmir etdirdiyi üçün taxmır.
HİT.az xəbər verir ki, bu barədə "People" yazıb.
Düsseldorfdakı Invictus Oyunlarında Meqan Markl ilk dəfə 140.000 funt-sterlinqlik nişan üzüyü olmadan görünüb. Jurnalistlərin fikrincə, Susseks hersoginyası almazı saxlayan “pəncələrdən” biri qırıldıqdan sonra üzüyü təmir etdirməli olub.
Üzüyü Meqan Markla 2017-ci ildə Şahzadə Harri ona evlənmək təklifi edərkən hədiyyə edib. Onu Sasseks hersoqu özü hazırlayıb: bunun üçün o, Botsvanadan kəsilmiş sarı brilyant sifariş edib və anası Şahzadə Diananın kolleksiyasından daha iki brilyant əlavə edib.
“Bu üzük inanılmaz dərəcədə gözəldir və o, özü dizayn edib. Bu inanılmazdır", deyə hersoginya Meqan Markl 2017-ci ilin noyabrında müsahibəsi zamanı bildirib.
Şahzadə Harri və Meqan Markl 19 may 2018-ci ildə Vindsor qalasında evlənib. Mərasimə Viktoriya və Devid Bekhem, Elton Con, Opra Uinfri, Serena Uilyams, Corc və Amal Kluni və digər ulduzlar da daxil olmaqla 2,6 min qonaq dəvət olunub. Sasseks hersoqlarının toyu Britaniya xəzinəsinə 43 milyon dollara başa gəlib.
Samir