ATV-də dəyişiklik: “Xəbərin olsun” - VİDEO

MAQAZİN
11:51 / 22.09.2023
809

Yeni mövsümə iddialı başlamağı qarşısına məqsəd qoyan ATV telekanalı növbəti dəyişikliyini izləyicilərlə bölüşüb.

HİT.az xəbər verir ki, telekanal iki məşhur simanı heyətinə qatıb.

Belə ki, Kübra Məhərrəmova və Sərdar Amin artıq ATV-nin efirində görünəcəklər.

Məşhur simalar telekanalda həftə içi 5 gün saat 07:30-da “Xəbərin olsun” səhər proqramı ilə tamaşaçıların qarşısında olacaq.

ATV-nin yeni proqramının anonsu artıq efirdə yayımlanır.

Qeyd edək ki, daha öncə telekanalın səhər proqramı “ATV Səhər” adlanırdı.

0