“Bu adam mənim babam”, “Kasım” mahnılarına görə mənə Türkiyədən 20 dəvət gəlib. İstanbul, İzmir, İğdırda restoron və meyxanalarda oxumağa dəvət edirlər. Azərbaycanda isə bu mahnını oxuduğuma görə hamı üstümə axışdı, tənqid edirlər”.
Bunu Hit.az-açıqlamasında meyxanaçı Rüfət Nasosnu deyib. Meyxanaçı “Kasım”ı 2013-cü ildə oxuduğunu vurğulayıb:
“Mənim ifamda bu mahnı əla alınıb. Onu oxuyandan sonra Türkiyədən saysız-hesabsız dəvət almışam. Çox səviyyəli adamların toy və banketlərində bu ifanı oxumuşam, çox da bəyəbilib. Bizdə kütlə psixologiyası xəstəliyi var. Bilmir söhbət nədən gedir, başlayır mövqe bildirməyə. Dostlar dedi ki, baş qoşma, cəhənnəm olsun. Yüz nəfər pislədisə 200 nəfər də bəyəndi”.
Azra