Amerikalı realiti-şou ulduzu və bloger Kayli Cenner Fələstinlə münaqişədə İsraili dəstəkləyib.
HİT.az xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində yazıb.
Kayli Cenner sosial şəbəkə hesabında bu mesajı yazıb və daha sonra onu silib: "İndi və həmişə biz İsraili dəstəkləyirik".
Bununla belə, pərəstişkarları yazının skrinşotunu çəkə bilib və blogerlə razılaşmadıqlarını bildiriblər. Cennerin dərc etdiyi paylaşımların altındakı şərhlərdə pərəstişkarları Fələstin bayraqları ilə emojilər paylaşaraq kütləvi şəkildə “Azad Fələstin” yazıblar.
Bundan sonra pərəstişkarları onun hesabını izləməyi dayandırmağa başlayıb. Nəticədə Kayli Cenner bir milyondan çox abunəçisini ititib.
Kayli Cennerin ardınca Fələstin əsilli supermodel Gigi Hadid HƏMAS təşkilatının İsrailin cənubuna hücumundan sonra İsrail-Fələstin münaqişəsinin hazırkı dalğasını açıq şəkildə şərh edib.
“Yəhudi dostlarım qarşısında da məsuliyyət hiss edirəm. Əvvəllər dediklərimə aydınlıq gətirməliyəm: fələstinlilərə ümidlərim və arzularım olsa da, onların heç birinə yəhudi sakinlərə vurulan zərər daxil deyil".
Samir