Fələstin əsilli supermodel Bella Hadid İsrail-Fələstin münaqişəsinə susduğuna görə tənqid edilib.
HİT.az xəbər verir ki, pərəstişkarları modelin "Instagram" səhifəsində qınayan şərhlər yazıblar.
Model mütəmadi olaraq İsrailin müstəmləkəçiliyi, etnik təmizləmə və hərbi işğal haqqında paylaşımlar edir. Lakin İsrail və Fələstin arasında münaqişə başlayandan sonra Bella Hadid bir dəfə də olsun paylaşım etməyib. Pərəstişkarları modeli arxiv fotolarının altındakı şərhlərdə susmasına görə tənqid ediblər.
“Beləliklə, Bellanın dəstəyi sona çatdı”, “Xalqın sizə ehtiyacı olduğu halda niyə susursunuz?”, “Niyə Fələstinlə bağlı bir dənə də olsun yazı dərc etməmisiniz?”, “Sən həmişə Fələstini dəstəkləmisən. İndi niyə susursan?”, “Dəhşətli hərəkət. Odur ki, sus. Abunəliyi ləğv edirəm” deyə sosial şəbəkə istifadəçiləri yazıblar.
Bella Hadidin bacısı Gigi Hadid artıq HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra İsrail-Fələstin münaqişəsinin hazırkı dalğasını açıq şəkildə şərh edib:
“Yəhudi dostlarım qarşısında da məsuliyyət hiss edirəm. Əvvəllər dediklərimə aydınlıq gətirməliyəm: fələstinlilərə ümidlərim və arzularım olsa da, onların heç birinə yəhudi sakinlərə vurulan zərər daxil deyil".
Samir