“Çətin adamam, kaprizlərim çoxdur. Özüm də istəmədən sevdiyim insanları incidirəm”.
Axşam.az xəbər verir ki, bu sözləri “Xəzər” TV-də yayımlanan “5/5” verilişində müğənni Elton Hüseynliyev deyib.
O, aparıcı Zaur Kamalın “Səni çılğın insan kimi tanımırdım” sözlərinə belə cavab verib:
“Musiqiçi dostlarıma da mənimlə işləmək ağırdır. Hadisələrin sonunu gözləmirəm, özümdən asılı deyil. Özüm özümdən baş götürüb qaçmaq istəyirəm. Problem məndədir. Bu, mənim xarakterimdir. Sənət insanları emosional olur. Elə insanlar var ki, hər şeyi planlıdır. Amma məndə belə deyil. Əsas odur ki, kiməsə pislik etməyək, haqqını yeməyək, qəlbinə dəyməyək. Sənətçinin ailəsi çox fədakar olur. Lakin bu işimizin ağırlığındadır, bu, bəhanə deyil. Hər şey üst-üstə yığılır, evə gələndə əsəbini tökürsən”.