Tramp yenidən prezident seçilsə, məşhur müğənni Amerikanı tərk edəcək

MAQAZİN
16:11 / 19.10.2023
451

"Donald Tramp növbəti prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-ı tərk edəcəm".

HİT.az xəbər verir ki, bunu amerikalı müğənni Şer “Guardian”a müsahibəsində deyib.

"Keçən dəfə demək olar ki, xora xəstəliyinə tutuldum, amma bu dəfə ölkəni tərk edəcəm", deyə ifaçı bildirib.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Donald Tramp hələ 2022-ci ildə növbəti dövlət başçısı postuna namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlamışdı. 2017-ci ildə Respublikaçı Tramp ABŞ-ın 45-ci prezidenti olub, 2020-ci ildə isə seçkilərdə Demokratların namizədi, hazırkı Amerika lideri Co Baydenə uduzub.

2023-cü ilin yayında Trampa qarşı 2021-ci ilin yanvarında Kapitoliyə hücum cəhdi və keçmiş ABŞ prezidentinin Mar-a-Laqodakı malikanəsində məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı bir neçə cinayət işi üzrə ittiham irəli sürülüb. Siyasətçinin özü bütün hallarda təqsirli olduğunu inkar edir, ona qarşı aparılan araşdırmaları varisi Co Bayden administrasiyası tərəfindən siyasi təqib adlandırır. 

Samir

0