Əməkdar artist Kübra Əliyeva narkotik alüdəçisi olan və bu səbəbdən həbsxanada dünyasını dəyişən oğlundan söz açıb.
Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində bildirib ki, oğlunun sağalıb lakin yenidən pis vərdişlərə meyl salmasını gördükdən sonra aldığı avtomobili bacısı oğlunun adına keçirib.
"Oğlum 46 yaşında nədən öldüyünü (narkotik alüdəçisi olduğundan dünyasını dəyişib - red.) hamı bilir. O barədə danışmaq istəmirəm. Oğlum sağalmışdı, ona avtomobil aldım. 2003-cü illərə təsadüf edirdi.
O vaxt isə başım qızıma Türkiyədə ev almağa qarışmışdı. Bakıya qayıdıb gələndə gördüm ki, oğlumun gözləri axır. Ona bir kəlimə dedim: "Get avtomobili keçirt bacım oğlu Mirzənin adına". Həmin dəqiqə də getdilər notariusa və maşını keçirtdilər onun adına", - deyə aktrisa vurğulayıb.
Qeyd edək ki, Kübra Əliyevanın dünyasını dəyişən oğlundan başqa daha bir oğlu və qızı var. Aktrisanın qızı uzun müddətdir ki, Türkiyədə yaşayır. Onun oğlu və qızı ailəlidir və bir neçə övladları var.