Aynişan Quliyeva bu xəstəlikdən əziyyət çəkir

12:00 / 25.10.2023
1117

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva boyun protruziyası və qrija yırtığından əziyyət çəkir.

Bu barədə o, özünün "Instagram" hesabında yazıb:

“İstədim səhər-səhər təşəkkür “story”si paylaşım. Bu təşəkkür mənim yastığıma düşür. Yastığımdan o qədər razıyam ki, canımı xilas edib. Boynumda protruziya və qrija yırtığı var. Protruziya oldu-olmadı, düşünürəm ki, hər kəs bu cür ortopedik yastıqdan istifadə etməlidir”.

Qeyd edək ki, o bir müddət əvvəl boyun ağrısından iflic olduğunu bildirmişdi.//Metbuat.az 

0