Müğənni Harri Stayls ikinci il 30 yaşınadək ən zəngin Britaniya ulduzu olub. O, 175 milyon funt-sterlinq (213 milyon dollar) qazanıb.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
2023-cü ildə 29 yaşlı müğənni ilk dəfə 150 milyon funt-sterlinq baryerini aşıb. Bu, müğənninin 508 milyon funt-sterlinq aldığı Love On Tour-un uğurundan sonra baş verib.
İkinci yeri sərvəti 82,5 milyon funt sterlinq (100,2 milyon dollar) qiymətləndirilən müğənni Dua Lipa tutub. O, "Barbi" filmində rol alıb, "Versace" ilə əməkdaşlıq edib və öz kitab klubunu yaradıb.
İlk üçlüyü "One Direction"ın digər keçmiş üzvü Niall Horan tamamlayıb. O, 60,4 milyon funt-sterlinq qazanıb.
Samir