"Bilirəm ki, buna görə məni söyəcəklər, vecimə deyil"

MAQAZİN
23:59 / 01.11.2023
603

"Elə insanlar var ki, eyni anda 2-3 nəfəri sevə bilirlər. Bu o demək deyil ki, o insan sənə xəyanət edir. Bu sadəcə həqiqətdir. İndi bu fikirlərimə görə məni söyəcəklər. Amma nə qədər istəyirsiniz söyün, heç vecimə də deyil".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri "Qapqara" yutub layihəsində deyib. Sənətçi bir şəxsin eyni anda 2-3 adamı sevməsinin mümkünlüyündən danışıb:

"Kişilər də, qadınlar da eyni anda bir neçə nəfəri sevə bilər. Sadəcə insanların beyninə o qədər çərçivələr yeridilib ki... Bu olmaz, o olmaz, xəyanətdir, bu belə olmalıdır və sair. Elə deyil axı. Üç övladımın hamısını sevirəm. Kim mənə deyə bilər ki, hansını daha çox sevirəm. Elə şey olmur. Mən hər üç övladımı da sevirəm. Bu bacı-qardaşa, ana-ataya da aiddir. Bir insanı platonik, digərini ehtiraslı sevə bilərsən. Bunun isə adı sevgidir, xəyanət deyil. Xəyanət başqa bir mövzudur".

0