Xalq artisti 61 yaşını Şuşada qeyd etdi - VİDEO

MAQAZİN
21:15 / 06.11.2023
584
Xalq artisti Mələkxanım Eyubovanın ad günü olub.
 
HİT.az axsam.az-a istinadən xəbər verir ki, 61 yaşı tamam olan xanəndə özəl gününü Şuşada qeyd edib. M.Eyubova aparıcı Lalə Azərtaşla birlikdə Şuşaya yollanıb.
 
"Doğum günüm münasibətilə məni təbrik edən hər kəsə çox təşəkkürümü bildirirəm. Mədəniyyət naziri Adil Kerimliyə və bütün nazirliyin əməkdaşkarına, "Xəzər TV"nin rəhbəri, əziz Murad Dadaşova, bütün sənət dostlarıma, məni sevənlərə, doğmalarıma,əziz izləyicilərimə çox təşəkkür edirəm. Hər zaman var olun. Mən isə bu doğum günümü sənət dostlarımla birlikdə doğma Qarabağımızda qeyd etdim. Bu gözəl hissi bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə isə Allahdan can sağlığı arzulayıram" deyə, xanəndə paylaşımında söyləyib.

0