“Qızımla rəfiqə ola bilmədim” - FOTOLAR

MAQAZİN
20:51 / 12.11.2023
555

“Məni böyüdən ən önəmli şeylərdən biri övladlarımdır. Bu dünyanın ən çətin, məsuliyyətli, hansı yaşda olursaq olaq son nəfəsimizə qədər bitməyən və öyrətməyə davam edən məktəbi ana-atalıqdır. Bu dünyanın ən gözəl təşvişi, həyəcanı, qoxusu, dadı yenə ana və atalıqdır”.

Bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb.

Ailəsi ilə fotolar yayımlayan ifaçı bunları əlavə edib:

“Əvəzsiz yolculuğa İpəklə başladım. İpəyə rəfiqə olmadım, ola da bilmərəm. Lakin biz rəfiqəlikdən çox yaxın sirdaş olduq. İçimi, hiss etdiklərimi, sıxıntılarımı, onunla sıx-sıx bölüşməyə başladım. Həyata baxışımız, düşüncələrimiz, xəyallarımız fərqli də olsa, bizi birləşdirən bir nöqtə var ki, orda mütləq bir araya gəlirik. Onunla etdiyim söhbətləri, onun baxdığı pəncərəni çox sevirəm. Fərqliliyinin ahəngini sevirəm. Hər ana kimi mənim də dualarım, diləklərim tükənməzdir. Mən arzu ediləni deyil, arzunu, duanı sevirəm. Allah bu dünyanın kirini ürəyinə toxundurmasın. Toxundursa bele nə olursa olsun bir insanı baxışınla, dilinlə, ruhunu, qəlbini qırma. Girdiyin hər yerə yaxşılıq, gözəlliyi, sevgini də bərabərində apar. Üreyinə xoş gələn nə varsa ətrafınla da paylaş. Bu ən faydalı duyğudan qəlbini məhrum qoyma. Qısaca, ruhumun ruhunu gələcəyə daşı, qızım!” (Axşam.az)

0