Müğənni Elvin Mirzəzadə həyat yoldaşından boşanıb.
İfaçı bu barədə öz sosial şəbəkəsində paylaşım edib.
O, paylaşımında keçmiş həyat yoldaşına hörmətinin sonsuz olduğunu bildirib:
“Əziz dostlar, üzülərək və təəssüf hissi ilə demək istəyirəm ki, ailə həyatımı bu gün rəsmi şəkildə sonlandırdım. Düzdür, əksəriyyət bu məsələni birmənalı qarşılayacaq və boşanmanı sənətimlə bağlayacaq. Ancaq səbəb qətiyyən bu deyil. Sadəcə, qismət...
Keçmiş həyat yoldaşıma sayğım, hörmətim olduğu kimi qalır. İstəməzdim, belə olsun, ancaq hər ikimiz üçün də xeyirlisi budur deyə düşünürəm. Bu barədə artıq heç nə danışmaq istəmirəm. Yenə də “xeyirlisi” deyib, həyatıma yalnız davam edirəm.
Allah hamınızı xoşbəxt eləsin!”