Bu, tamaşaçı beyninin problemidir - Xalq artistini kim əsəbiləşdirdi?

MAQAZİN
22:06 / 21.11.2023
490

Bu, sadə bandanadır. Hamımızın qarderobunda şal, yaylıq və kələğayımız var. 23 il əvvəl hörmətli direktorum (red. Yalçın Verdiyev) bir gün bizim rəssam Zümrüd Mirzəliyevanı çağırdı və dedi ki, bu uşağı səhnəyə hazırlayırıq, sən bizə bir-iki eskiz hazırla. Eskizlər çox idi, biz bandanada qaldıq. Yaylıqla çıxdığım dövrdə ünvanıma eşitmədiyim söz qalmadı, keçəldi, qulağı yekədi, qulağını kəsdirib... Hər gün özüm haqqında nəsə eşidirdim. 23 il keçib, sizcə, mən 23 il bandanamı açmayım? Amma zaman-zaman o tərzə qayıtmaq istəyərəm.

HİT.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Zarafat bir yana" verilişində deyib. Sənətçi həm də son vaxtlarda tez-tez müzakirələrə səbəb olan diqqətçəkən geyim tərzindən də söz açıb.

O, şounun qaydalarına görə tamaşaçılardan birinin “Bəzi xanım müğənnilər sərbəst geyimlərinə görə, tənqid olunur və tamaşaçılar onların bu cür geyimlərini birmənalı qarşılamır. Amma siz Tünzalə xanım o müğənnilərdən idiniz ki, daha əvvəlki geyimlərinizlə nümunə göstərilirdiniz və nümunəvi sayılırdınız. Fikrinizcə, indi hansı müğənnini nümunə göstərmək olar?” sualına cavab verib.

"Hər müğənni özünə görə nümunədir. Müğənni geyiminə görə deyil, sənətiylə ölçülür. Geyim tamamən səhnənin ab-havası, obrazı, əlçatmazlığı ifadə edir. Elə insan var ki, bunu xaricdə qəbul edir, xarici ifaçılarda... Müxtəlifliyi, rəngarəngliyi... Amma biz nədənsə hesab edirik ki, 70-ci illərdə ifaçılar necə idilərsə, elə də olmalıdır. Elə bir şey yoxdur. Sənətlə, intelektlə, peşəkarlıqla götürülməlidir. Qardaş ölkə Türkiyədə elə müğənnilər var ki, biz onlar qədər cəsarətli deyilik, amma tamaşaçı onları çox sevgi ilə qarşılayır.

Baxın qarşımda siz publika varsınız və mən varam. Əgər mən bir səhnəyə çıxıb, qarşımdakı olan publikadan seçilməyəcəyəmsə, siz o müğənniyə baxmayacaqsınız. Əgər bir tamaşaçı bir müğənniyə baxıb qıcıq olursa, o, onun beyninin problemidir. Müğənninin problemi deyil".

 

0