Bəstəkar-müğənni Arif Səlimov yeni mahnılar üzərində işləyir.
Bu barədə Hit.az-a açıqlamasnda onun özü məlumat verib. Sözləri Sahilə Pənahın, musiqisi özünə aid olan “Nəyimə gərək” adlı mahnıya həm də klip çəkilib.
Müğənni bildirib ki, yanvar ayında Xalq artisti Şəfiqə Axundovaya həsr edilən “Yaşayan əfsanə” adlı layihə tamaşaçıların ixtiyarında olacaq:
“Həmin günü müəllimim, ustadımın gecəsini keçirəcəyik. Mən çox tanınmış müğənnilərlə işləmişəm və bu gün də yaradıcılıq işlərim genişlənməkdədir. Nəğmələr mənim balam, ruhumun bir parçasıdır. Bununla yanaşı, balacalar üçün də mahnı yazmaq istəyirəm. Meydanı boş qoya bilmərəm. Belə olan kimi istedadsızlar önə keçir, başlayırlar özlərini tərifləməyə. Bu səbəbdən mən heç vaxt geri çəkilməyəcəm”.
Arif Səlimov hazırda bir neçə mahnı üzərində işlədiyini qeyd edib:
“Xalq artisti Nazpəri Dostəliyeva ilə bir neçə mahnı üzərində işləyirik. Onlar duet halında təqdim olunacaq”.
Azra