“Bu barədə danışmaq istəmirəm. Çünki əsəbləşirəm və bu da mənim səhhətimə ziyandır”.
Bunu Hit.az-a açıqlamasında müğənni Əli Mirəliyev prodüsser Tolikin “İlhamə Quliyeva sağ olanda Əlini və ailəsini evinə buraxmayıb” fikirinə münasibətində deyib.
Əli Mirəliyev İlhamə Quliyevanın evinin qapısı onun və ailəsinin üzünı açıq olub:
“Hamı bunu bilir. Ona görə də kim nə istəyir desin. Allah ona rəhmət eləsin, İlhamə böyük sənətkardır”.
Qeyd edək ki, prodüser Tolik "Elgizlə izlə" verilişinə zəng edərək Ə.Mirəliyevi tənqid edib və onu yalan danışmaqda günahlandırıb. Tolik bildirib ki, İ.Quliyeva sağ olanda Əlini və ailəsini evinə buraxmayıb.
Azra