Müğənni Əli Mirəliyev cərimə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib.
Sənətçi Hit.az-a açıqlamasında bildirib ki, bu hadisə 5 il bundan əvvəl olub:
“Bu köhnə hadisədir, 5 il qabaq olub. Cərimə olunmuşdum, amma bilmədim nə qədər idi. Məsələ o vaxat həllini tapdı, vəssalam”.
İşin Yasamal Rayon Məhkəməsi tərəfindən araşdırılması ilə bağlı suala Əli Mirəliyevin cavabı belə olub:
“Kim istəyir araşdırsın, cinayət etməmişəm ki”.
Qeyd edək ki, müğənni Əli Mirəliyev yol hərəkətini pozduğuna görə cərimə edilib və ona inzibati protokol yazılıb. Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılacaq.
Azra