Xəbər verdiyimiz kimi, aparıcı Nurlana Cəfərova uzun fasilədən sonra İctimai TV-də yayımlanan "Dikdaban" verilişi ilə efirə çıxıb. Bu isə proqramın digər aparıcılarından olan Kamilə babayevanın layihədən ayrılması ilə bağlı iddiaların yayılmasına səbəb olub.
Məsələ ilə bağlı K.Babayeva Axşam.az-ın suallarını cavablandırıb. O bildirib ki, İTV-dəki fəaliyyəti davam edir:
"Hazırda Bakıda deyiləm. Amma 3 həftə efirə çıxıram, 1 həftə isə dincəlirəm. kanaldakı fəaliyyətim davam edir".
Qeyd edək ki, K.Babayeva uzun fasilədən sonra bu mövsüm "Dikdaban" verilişi ilə efirə qayıdıb.