"Bu zəmanədə yaltaqlıq etməyən, ev yıxmayan biri oldunsa, heç vaxt qabağa gedə bilməzsən".
Bunu Hit.az-a açıqlamasında xanəndə Sabir Abdullayev fəxri ad ala bilməməsinin səbəblərindən danışarkən deyib.
İfaçı sadə və arxasız adamların haqqının tapdandığını qeyd edib:
"Mənimki də belə gətirdi. Qədrimi bilmədilər. Bu saatdan sonra olsa nə olacaq, olmasa nə olacaq".
Xanəndə Ağdamda onun sevildiyini deyir:
"Məni hamı əsil ağdamlı kimi tanıyır, camaatda məni çox istəyir. Mən də dostluğu dost kimi edirəm. Cavanlıqda çox at oynatmışam orda, qarış-qarış gəzmişəm. Amma indi vətənimə uzaqdan baxıram".
Azra