Rəqqasə oğrunun hücumuna məruz qaldı

MAQAZİN
09:49 / 11.12.2023
380

Türkiyəli rəqqasə Didem Kınalı küçənin ortasında oğruların hücumuna məruz qalıb.

İti ilə gəzintiyə çıxdığını bildirən Kınalı bir nəfərin gəlib onun əlindən telefonu alıb qaçdığını bildirib.

Qarət edildiyini sosial şəbəkə hesabında paylaşan Didem "Olan 70 min lirəlik telefonuma oldu" söyləyib.

O bildirib ki, məsələ ilə bağlı polisə şikayət etsə də, heç kim hadisə ilə maraqlanmayıb. Rəqqasə iddia edib ki, polis hadisə yerinə gəlməyib, heç bir kamera görüntüsü araşdırılmayıb. //Axşam.az 

0