Müğənni Səidə Sultan küsülü olduğu həmkarı Elnarə Xəlilovanın ünvanına sərt sözlər deyib.
Axşam.az xəbər verir ki, sənətçi "Maqazin plyus" verilişinə açıqlamasında Elnarənin onun haqqında dediyi "Səidə Sultanla münasibətim yoxdur. Mən onu toya dəvət etməmişdim, o da məni. Bu, normaldır. 18 ildir ki, ailəliyəm və bu müddət ərzində mənimlə Səidə arasında münasibət dəyişməyib" sözlərinə belə cavab verib:
"Mənimlə mehriban olun. Lazım deyil, "qurtdan quşluq" etmək. Belə danışıqlar kimə lazımdır? Bir quru canımız var, onunla da o dünyaya gedəcəyik. Söz-söhbətdir, insan arasında olur. Ürəyin təmizdirsə, münasibətə davam et. Yox, əgər ürəyində kin saxlayırsansa, o kinin öz başına düşsün, bacım".