“Mən daha toylara getmirəm”.
Bunu Hit.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev deyib. O, bunun səbəbini yaşı ilə əlaqələndirib:
“65 yaşım var. Tədbirlərə az-az gedirəm. Dəvət edirlər, deyirlər şəhidin övladının toyudur, orada təmannasız 4-5 mahnı oxuyuram. Ancaq belə tədbirlərə gedirəm”.
Bilal Əliyev televiziyalardan gələn dəvətləri də qəbul etdiyini qeyd edib.
Azra