"Mən belə bir fikir deməmişəm. Kimlərsə bu fikirləri mənim adımdan yayıb".
Bunu Hit.az-a açıqlamasında aşıq Telli Borçalı sosial şəbəkədə adından yayılan "Qadın xalça kimidir, təmiz və təravətli qalması üçün vaxtlı-vaxtında çırpılmalıdır" fikirlərinə aydınlıq gətirərkən deyib.
Telli Borçalı izləyiciləri onun müsahibələrini gözdən keçirməyə çağırıb:
“Baxın, görün belə fikir demişəm? Hər şeydən əlavə mən də qadınam. Bir qadın belə fikirləri niyə səsləndirsin ki? Kimlərsə adımdan bu fikirləri düzüb-qoşub və bilərəkdən sosial şəbəkələrdə yayır”.
Azra