Bu yaxınlarda xərçəngdən əməliyyat olunan müğənni Sevda Əliqızı "Elgizlə izlə" verilişinə qatılıb.
Axşam.az xəbər verir ki, sənətçi hazırda özünü yaxşı hiss etdiyini deyib.
"Əməliyyatım çox gözəl keçdi. Heç bir şey hiss etmədim. İki ildir, səhhətimə fikir vermədim və sinəmdə xərçəng aşkarlandı. Belə olmamaq üçün xanımlara efirdən səslənib deyirəm ki, mütləq zamanında müayinələrdən keçin. Böyük bəladan xilas oldum. Artıq özümü yaxşı hiss edirəm" deyə, Sevda bildirib.