"Reyhan müğənni idi, toylara gedirdi".
Bunu Hit.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov mərhum meyxanaçı Nizami Rəmzinin qızı Reyhanın reabilitasiya mərkəzinə yerləşdirilməsindən danışarkən deyib.
O, əvvəllər toy məclislərində Reyhanla qarşılaşdığını qeyd edib:
"Ailəni tanıyıram. Əvəllər Reyhanı toylarda görürdüm, sonralar heç görmədim. Həyatdır da, heç kəs bilmir sabah nə olacaq”.
Qeyd edək ki, mərhum meyxanaçı Nizami Rəmzinin qızı Reyhan narkotikdən istifadə etdiyi üçün reabilitasiya mərkəzinə yerləşdirilib. Reyhan 3 aydır ki, orada müalicə olunur.
Xatırladaq ki, meyxanaçı Nizami Rəmzi 1997-ci ildə (49 yaşında) avtomobil qəzasında vəfat edib.
Azra