Anar Vəziroğlu: "Belə müğənni cəmiyyətə nə fayda verəcək?"

MAQAZİN
17:40 / 25.12.2023
740

"Soyunursunuz, qucaqlaşırsınız... Mən də deyirəm ki, çıxın küçəyə, xalqın qarşısında edin bunları. Niyə bu efirdə edirsiniz?".

Bunu Hit.az-a açıqlamasında ekspert Anar Vəziroğlu canlı efirdə aparıcı Əməkdar artist Mətanət İsgəndərlini qucağına almasından danışarkən deyib. 

Anar Vəziroğlu deyib ki, həmin müğənnilər efir mədəniyyəti pozur:

"Efir mədəniyyəti var, bu gün müğənnilər sadəcə olaraq bunu pozurlar. Ona görə ki, bu gün efirə çıxan hər kəs yadda qalmaq istəyir. Neyləsinlər, artıq bu müğənnilərin başqa çarələri yoxdur".

Anar Vəziroğlu qeyd edib ki, aparıcılar verilişdən əvvəl aparıcılarla sözləşirlər:

"Belə bir hərəkət edək, hətta bəlkə əvvəlcədən məşq də edirlər. Bunlar doymuş məhluldur, nə vaxtsa partlamalıdır. Onlardan sabah nəsə gözləmək də doğru deyil. Belə müğənni cəmiyyətə nə fayda verəcək? Millətin nə vecinədir ki, hansı müğənni səhnədə nə iş görür”.

Qeyd edək ki, Əməkdar artist Mətanət İsgəndərli canlı efirdə aparıcı Anarın qucağına çıxıb. Bu “Xeyirli axşamlar” verilişində baş verib.

Azra

 

0