Əməkdar artist Yeni illə bağlı dəvətlərdən imtina edib

MAQAZİN
20:22 / 29.12.2023
455

“İlin 12 ayını işləyirik. Heç olmasa onun bircə gününü ailəmizlə keçirməliyik”.

Bunu Hit.az-a açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. 

Müğənni bildirib ki, heç vaxt Yeni il bayramını evindən kənarda keçirməyib: 

“Yüz yerdən dəvət gəlir, birini də qəbul etmirəm. Dekabrın 31-i qazancımdan həmişə imtina edirəm. Bir gün qazanmasan dünya dağılmaz ki. Həmin günü ancaq ailəmlə oluram, bütün nəvələrimi başıma yığıb Yeni ilin gəlişini gözləyirik”. 

Sənətçi bütün Azərbaycan xalqının bayramını təbrik edib.

Azra

0