Ən çox plastik əməliyyat etdirmiş ulduzlar - SİYAHI/FOTO

MAQAZİN
20:02 / 04.01.2024
544

Səhnənin ən parlaq ulduzları cazibədar və gənc görünmək üçün milyonlar verməyə razıdırlar.

Lent.az bu uğur üçün milyonlarından keçən və dəfələrlə bıçaq altına yatmış ulduzlar barədə məlumat verir.

Meqan Fox 

Rinoplastika, gözlərin formasının dəyişdirilməsi, qaşların qaldırılması, otoplastika – bu aktrisa Meqanın Hollivuda girmək üçün etdiyi plastik əməliyyatların tam siyahısı deyil. Aktrisa daim dodaqlarına dolqu etdirir və üzündə qırışların yaranmasının qarşısını almaq üçün botoksdan istifadə edir.

Nikki Minaj 

Ulduz reper büstünü, ombasını böyütmək və burnunu əməliyyat etdirməklə süni gözəllər siyahısına başçılıq edir. Həmçinin o, qara dərisinin ağardılması prosedurlarına da çox pul yatırıb. 

Donatella Versace 

Stilist Donatella Versace çənəsinin formasını dəyişib, büstünü böyüdüb, blefaroplastika və rinoplastika etdirib, eləcə də dodaqlarına biogel vurdurub. Hərçənd bu əməliyyatlar onu gözəlləşdirmək əvəzinə çirkin edib.

Dolli Patron

Müğənni Dolli Patron ABŞ-da təkcə musiqi fəaliyyəti ilə deyil, həm də plastik əməliyyatlara olan sevgisi ilə məşhurdur. 74 yaşında Dolli sinəsini böyüdüb, o qədər üz gərmə əməliyyatı etdirib ki, özü də onların sayının neçə olduğunu xatırlamır. Burnunun və gözlərinin formasını dəyişib. Dodaq böyütmə və botoksdan bəhs etməyə belə dəyməz. Məşhurdan niyə bu qədər əməliyyata ehtiyacı olduğunu soruşduqda, Dolli əri üçün gözəl qalmaq istədiyini bildirib.

İşgüzar xanım Şeron Osborn bir neçə dəfə üzünü gərdirib, bədənindən dəfələrlə yağ aldırıb, sinəsini və ombasını böyüdüb, üzünün formasını implantlar vasitəsilə dəyişib.

0