"Nadir Qafarzadə guya vəsiyyət edir, əslində biclik işlədir. Nadir Qafarzadə demək istəyir ki, tez olun mənə Əməkdar artist fəxri adını verin".
Bunu Hit.az-a açıqlamasında ekspert Anar Vəziroğlu Nadir Qafarzadənin "Mən öləndə heç kim gəlməsin, xəlvəti dəfn edin" fikirlərinə münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, Nadir Qafarzadə bu çıxışı ilə aidiyyatı qurumlara mesaj verib:
“Nadir Qafarzadə çıxış edir, sətraltı sözlər deyir. Adam deyir ki, ay qurumlar məni də görün, fəxri ad istəyir. Deyir ki, sağlığımda qiymətimi verin, mən öləndən sonra verdiyiniz Əməkdar artist fəxri adı kimə lazım olacaq. Nadir Qafarzadə anlamır ki, televizorun qarşısında oturan pambıqçı, fəhlə deyil, onlardan başqa bu ölkənin professoru, ziyalısı da var. Həmin professor Nadirin niyyətini bilir. Guya ağıllıdır. Elə deyil, sən bicsənsə sənin qarşında oturanlar səndən də bicdir”.
Qeyd edək ki, müğənni Nadir Qafarzadə efirdəki çıxışlarının birində "Mən öləndə heç kim gəlməsin, xəlvəti dəfn edin. Öləndən sonra deyirlər yaxşı oğlan idi, mən indi də yaxşı oğlanam, indi ver mənə o dəyəri. İstəmirəm, halva yeməyə gəlirlər də"- Nadir Qafarzadə vəsiyyət edib.
Azra