Müğənni Dua Lipanın yeni sevgilisi var.
HİT.az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.
Nəşrin məlumatına görə, Dua Lipa britaniyalı aktyor Kallum Törnerlə görüşür. Məşhurlar yanvarın 10-da "Havanın Ustaları" hərbi serialının premyerasından sonra Los-Ancelesdə əyləncə gecəsində rəqs edərkən görüntüləniblər.
Tabloidin mənbəsi bildirib ki, 28 yaşlı müğənni tədbirə yeni tərəfdaşına dəstək olmaq üçün gəlib.
33 yaşlı aktyor Kallum Turner “Glue”, “Capture”, “The Borgias” və “Hərb və Sülh” kimi seriallarda rol alıb. O, həmçinin “Fantastik heyvanlar: Qrindelvaldın cinayətləri” filmində Tesey Skamander rolunu oynayıb.
2023-cü ilin mart ayında Dua Lipa rejissor Romain Qavras ilə görüşdə görünüb. May ayında sevgililər 76-cı Kann Film Festivalının qırmızı xalçasında cütlük kimi debüt edib. Onlar “Omar La Freise” filminin premyerasında iştirak ediblər. Yayda müğənni rejissoru valideynləri ilə tanış edib. Dekabr ayında məşhurlar ayrılıb. Ayrılığa səbəb Dua Lipanın işgüzarlığı olub.
Samir